...

ABŞ radiostansiyalarının yayım müddətinin uzadılmasına nail olmaq niyyətindədir

Cəmiyyət Materials 1 Dekabr 2008 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr/ Trend / ABŞ Azərbaycan hökuməti ilə bu ölkə ərazisində radiostansiyalarının yayım müddətinin uzadılması ilə bağlı danışıqlar aparmaq niyyətindədir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson bazar ertəsi Trend -a bildirib ki, ABŞ-ın Radioyayım Departamentinin nümayəndələri Bakıda "Azadlıq", "Amerikanın səsi" və "BBC" stansiyalarının yayım müddətinin uzadılması və ya yeni lisenziyanın alınması imkanlarını müzakirə edəcəklər.

Devidsonun sözlərinə görə, Departament nümayəndələri bu həftə ölkəyə səfər edəcək və lisenziya müddətinin uzadılması ilə bağlı məsələni müzakirə etmək üçün hökumət üzvləri ilə bir sıra görüşlər keçirəcəklər.

Azərbaycanın Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli noyabrın əvvəlində bildirib ki, 2008-cu ilin sonunadək Azərbaycan ərazisində "BBC", "Azadlıq" və "Amerikanın Səsi" radio stansiyalarının birbaşa efirdə yayımlanması dayandırılacaq. "Cari ilin sonunda bütün xarici radiostansiyalar Azərbaycanda yayımlandıqları tezliklərdən məhrum ediləcək. Xarici radiostansiyalar peyk, İnternet və kabel şəbəkəsi vasitəlsilə yayımlana bilər", - deyə Məhərrəmli bildirib.

MTRŞ hesab edir ki, xarici radiostansiyaların yayımının dayandırılmasına dair qərar siyasiləşdirilir.

"Təəssüf ki, bəzi təşkilatlar Şuranın xarici radiostansiyaların yayımının dayandırılması barədə qərarını siyasiləşdirir. Qərar hüquqi əsasa malikdir", - deyə Trend -a MTRŞ-nın sədri Məhərrəmli bildirib.

ATƏT, AŞ və digər beynəlxalq təşkilatlar, Azərbaycan ərazisində radiostansiyaların bağlanmasına dair qərarı tənqid edib və ölkə rəhbərinə radiostansiyaların bağlanmasına yol verilməməsi xahişi ilə müraciət ediblər.

Məqal müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti