...

Azərbaycanın "Neftçi" klubu isveçli futbolçunu baxışa dəvət edib

Cəmiyyət Materials 2 Dekabr 2008 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubu daha bir futbolçunu baxışa dəvət edib. Bu barədə çərşənbə axşamı Trend -a "Neftçi"nin mətbuat xidməti məlumat verib.

Mətbuat xidmətinin məlumatına görə, bu gün yeni futbolçu komandanın məşqlərinə qoşulub. Bu, 21 yaşlı bosniya əsilli İsveç vətəndaşı olan Admir Çatoviçdir.

Çatoviç hücumçu mövqeyində çıxış edir. Onun son klubu İsveçin 1-ci dəstəsində mübarizə aparan "Vasby United" komandası olub.

Dünən "Neftçi"nin düşərgəsinə iki legioner futbolçu - polşalı qapıçı Tomas Bobbel və irlandiyalı hücumçu Eamon Zayed baxışa gəlib. Komandanın almaniyalı baş məşqçisi Hans Yurgen Gede həmin futbolçularla bağlı son qərarını hələ verməyib.

Hesabında 13 xalı olan "Neftçi" Azərbaycn Premyer-Liqasının birinci dövrəsini 9-cu pillədə başa vurub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti