...

Azərbaycanla Rusiya mədəni əməkdaşlıq barədə razılıq imzalayıblar

Cəmiyyət Materials 2 Dekabr 2008 20:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr / Tren müxbir N.Abdullayeva/ Azərbaycanla Rusiya mədəni əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Azərbaycanla Rusiya arasında 2009 - 2010 - cu illər üçün bu sahədə əməkdaşlıqla bağlı razılaşma çərşənbə axşamı Bakıda imzalanıb.

Sənəd kitabxana işi, muzey sahəsində və mütəxəssislərlə mübadilə, mədəniyyət günlərinin keçirilməsi, Azərbaycan teatrlarının Çexov Beynəlxalq Festivalında, "Qızıl maska" festivallarında və vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsində iştirakı kimi sahələrdə əməkdaşlığın inkişafını nəzərdə tutur.

Razılaşmanı iki ölkənin nazirləri -- Əbülfəs Qarayev və Aleksandr Avdeyev imzalayıblar.

Müəlliflə əlaqə ünvanı [email protected]

Xəbər lenti

Xəbər lenti