...

Azərbaycan məhkəməsi özünü MTN əməkdaşı kimi təqdim edən şəxsə hökm çıxarıb

Cəmiyyət Materials 5 Dekabr 2008 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan məhkəməsi özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxsi 6 il azadlıqdan məhrum edib.

Trend -un məlumatına görə, Baxşeş Ərbəşir özünü Milli Təhlükəsizlik Nazirliyinin məsul əməkdaşı polkovnik Adil Baxşəliyev kimi təqdim edərək dələduzluq edib. O, ayrı-ayrı şəxsləri müxtəlif dövlət strukturlarına işə düzəltmək adı ilə aldadaraq əmlaklarını ələ keçirib.

Məhkəmənin hökmü ilə digər təqsirləndirilənlər Ağakərim Mirzəyev və Musa Mustafayev ümumilikdə dörd min manat cərimə edilərək məhkəmə zalından azadlığa buraxılıblar.

Ərbəşir əvvəllər dələduzluq və talama, habelə rüşvətvermə cinayətlərinə görə iki dəfə məhkum olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti