...

Türkiyədə çıxış edən azərbaycanlı futbolçunun zədəsi sağalıb

Cəmiyyət Materials 6 Dekabr 2008 10:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 dekabr/ Trend , müxbir R.Ergün/ Türkiyənin birinci liqa komandası "Boluspor" da çıxış edən azərbaycanlı futbolçu İlqar Qurbanovun zədəsi tam sağalıb. Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı futbolçu bir neçə günlük fasilədən sonra yenidən komanda ilə məşqlərə başlayıb.

"Boluspor" dünəndən bazar günü birinci liqanın 15 - ci turu çərçivəsində, "Giresunspor"la oynayacağı matçdan öncə Ordu şəhərində toplanışa başlayıb. Komandanın baş məşqçisi Serhat Güllər 24 nəfərlik heyətə Qurbanovun adını daxil edib.

"Bizim üçün çox vacib bir oyun olacaq. Aytək Aşıkoğlunun cəzalı olması problemlər yaradacaq. Amma Qurbanovun heyətə dönməsi sevindirici haldır", - deyə Güllər bildirib.

Hesabında 19 xal olan "Boluspor" hazırda turnir cədvəlinin 10 - cu pilləsindədir.

Qurbanov əvvəllər Azərbaycan yığma komandasında çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti