...

Latın Amerikası ölkələrində ilk Azərbaycan diaspor təşkilatı yaradılıb

Cəmiyyət Materials 12 Dekabr 2008 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbr A.Hüseynbala/ Latın Amerikası ölkələrində ilk Azərbaycan diaspor təşkilatı - Meksika Birləşmiş Ştatları azərbaycanlılarının təşkilatı yaradılıb, cümə günü Trend -a Azərbaycan Diaspor Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Mexiko şəhərində "Latın Amerika Azərbaycanlıları Assosiasiyası" yerli icra orqanlarda rəsmi qeydiyyatdan keçərək fəaliyyətə başlayıb. Assosiasiyanın əsas məqsədi Latın Amerikası ölkələrində yaşayan soydaşlarımızı bir araya gətirmək, Azərbaycanı və azərbaycançılıq ideologiyasını yüksək səviyyədə təmsil etməkdən ibarətdir.

Təşkilatın sədri Natiq Məmməd oğlu Atakişiyevdir. O, 1939-cu ildə ildə Azərbaycanda anadan olub, fizika-riyaziyyat üzrə professordur, 1994-cü ilədək Milli Elmlər Akademiyasının Fizika Institutunda işləyib. 1996-cı ildən isə akademik elmi dərəcəsi almaq üçün Milli Meksika Universitetində işə başlayıb. Həmin vaxtdan Meksikada yaşayır. Atakişiyev bu ölkənin elmi dairələrində yüksək nüfuza malikdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti