...

Futbol üzrə Azərbaycan yığma komandası İspaniya millisi ilə Bakıda görüşəcək

Cəmiyyət Materials 16 Dekabr 2008 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr/ Trend , müxbir R.Ergün/ 19 yaşlı qadınlardan ibarət Azərbaycan yığma komandası (U -19) Avropa çempionatının ilkin seçmə mərhələsinin qrup oyunlarını Bakıda keçirəcək. Bu barədə Trend - a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən məlumat verilib.

AÇ - nin seçmə mərhələsinin qrup oyunları gələn il sentyabrın 19-24 -də keçiriləcək.

Azərbaycan yığması növbəti mərhələyə vəsiqə qazanmaq üçün İspaniya, Ukrayna və Kiprin milli komandaları ilə qarşılaşacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti