...

Azərbaycanda neft şirkətləri işə cəlb etdikləri əcnəbilər üçün ölkədə müvəqqəti qalmağa icazə almaqdan yayınırlar-nazirliyin şöbə rəisi

Cəmiyyət Materials 17 Dekabr 2008 13:30 (UTC +04:00)
Azərbaycanda neft şirkətləri işə cəlb etdikləri əcnəbilər üçün ölkədə müvəqqəti qalmağa icazə almaqdan  yayınırlar-nazirliyin şöbə rəisi

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Neft sektorunda, hasilatın pay bölgüsündə iştirak edən şirkətlər işə cəlb etdikləri əcnəbilər üçün ölkədə müvəqqəti qalmağa icazə almaqdan yayınırlar, - Trend - un məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Miqrasiya Xidmətində qurumun 6 aylıq fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə rəisi Rauf Tağıyev məlumat verib.

"Əvvəllər xarici şirkətlər tərəfindən yayınmalar daha çox baş verirdisə, bu ilin iyununda miqrasiya sahəsindəki qanunvericiliyə dəyişikliklərdən sonra, belə faktların sayı azalıb", - Tağıyev deyib.

Azərbaycanda əmək fəaliyyəti leqallaşdırılan 4200 miqrant var. Lakin qeyri - leqal fəaliyyət göstərən miqrantların sayı bu göstəricidən 3 dəfə çoxdur.

"Qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olan miqrantlar daha çox inşaat, neft sektorlarında, infrastruktur layihələr üzrə fəaliyyət göstərən şirkətlərdə çalışanlardır,"- deyə nazirlik rəsmisi vurğulayıb.

Mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov isə bildirib ki, əmək fəaliyyətinin leqallaşdırılması ilə bağlı xarici şirkətlərə müvafiq məlumatlar çatdırılıb və əcnəbilərin fəaliyyətinin leqallaşdırılması üçün vaxt tələb olunur. Xidmətin rəisi bildirib ki, son illər Azərbaycana əmək fəaliyyəti ilə bağlı gələn miqrantların sayı artıb.

"Onlar arasında Avropa ölkələri, MDB respublikaları, Asiya ölkələrinin vətəndaşları var. Bu sırada Çin vətəndaşlarının sayı bizi narahat edəcək qədər də çox deyil",- deyə Rəhimov bildirib.

Rəhimov Azərbaycanda yaşayan əcnəbilərin sayının dəqiqləşdirilməsi üçün araşdırmalar aparıldığını deyib və qeyd edib ki, gələn ilin əvvəlində ölkədə yaşayan əcnəbilərin sayı ilə bağlı rəqəmlər müəyyənləşdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti