...

Azərbaycanın şimal-qərbində yeni telekanal fəaliyyətə başlayıb

Cəmiyyət Materials 29 Dekabr 2008 12:20 (UTC +04:00)
Azərbaycanın şimal-qərbində yeni telekanal fəaliyyətə başlayıb

Azərbaycan, Şəki, 29 dekabr / Trend müxbir X.Əliyeva/ Azərbaycanın şimal-qərbində yerləşən Şəki rayonunda (paytaxt Bakıdan 352 kilometr aralı) bu gün yeni telekanal fəaliyyətə başlayıb, Trend -un bölgə müxbiri məlumat verib.

Hələlik yalnız Şəki rayonu ərazisində  yayımlanacaq regional telekanal gələn ilin ikinci yarısından başlayaraq  "KANAL-S"  respublikanın şimal-qərb rayonlarına yayımlanacaq. Beşə yaxın verlişlə efirə çıxan televiziya gün ərzində 18 saat efirdə olacaq.

Telekanalın binası "KANAL-S" RTV şirkətinin maliyyə vəsaiti ilə inşa olunub. Regional telekanallarda daha çox yerli materiallara üstünlük veriləcək, mövcud şərait, görülən işlər, adət-ənənələr, yerli qurumların fəaliyyəti və əhalinin sosial qayğıları əks olunacaq.

"KANAL-S" TV yayımlanmaq üçün ötən il Milli Televiziya və Radio Şurası (MTRŞ) 6 illik lisenziya verib. Şəkidə açılan televiziya 53-cü tezlikdə ətraf rayonlara da yayımlanır.Burada kadrlarin tam əksəriyyəti yerli sakinlərdən ibarətdir.

Hazırda ölkə ərazisində 19 telekanal fəaliyyət göstərir. Onlardan 7-i paytaxtdan, 12-si isə müxtəlif rayonların ərazilərindən yayımlanır. Şəkidə fəaliyyətə başlayan telekanal sayca 20-ci oldu.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]       

Xəbər lenti

Xəbər lenti