...

Avropa Şurasının Baş katibi Azərbaycanda məscidin sökülməsi ilə bağlı mübahisənin ölkə qanunvericiliyi çərçivəsində həllinə tərəfdardır

Cəmiyyət Materials 8 Yanvar 2009 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 yanvar / Trend , müxbir E. Rüstəmov/ Avropa Şurasının Baş katibi Azərbaycanda məscidin sökülməsi ilə bağlı mübahisənin ölkə qanunvericiliyi çərçivəsində həllinə tərəfdardır.

AŞ-nin Baş katibi Terri Devis  Yasamal rayon müsəlmanları Dini İcmasına ünvanladığı məktubda məscidlə bağlı proseslərə müdaxilə etmək imkanı olmadığını deyib və mübahisənin Azərbaycan qanunları çərçivəsində həllini, Bakı məhkəmələrinə müraciət etməyi məsləhət görüb, - deyə icmanın nümayəndəsi, vəkil Muxtar Mustafayev cümə axşamı Trend -a məlumat verib.

Trend -un arayışı: Yasamal rayon məhkəməsi ötən il noyabrın 28 - də Yasamal rayon  İcra Hakimiyyətinin iddiası əsasında, Murtuza Muxtarov  küçəsi, 190 ünvanında yerləşən Məhəmməd Peyğəmbər məscidinin sökülməsi barədə qətnamə çıxarıb.

Məhkəmə qətnaməsi onunla əsaslandırılıb ki, qeyd edilən ünvanda "təyinatı məlum olmayan qeyri-yaşayış sahəsi" tikilib.

İcmanın rəhbəri Mirvaleh Seyidrza  Mövsümov Terri Devisə məktubla müraciət edərək, məscidin sökülməsinin qarşısının alınmasına yardım etməyi xahiş edib. Mövsümov məscidin  texniki sənədlərinin təsdiq edilməməsini, həmin ərazidə bina inşa etmək istəyən  şəxslərin  təzyiqi ilə  əlaqələndirib.

Vəkil bildirib ki, Yasamal rayon məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.

Şikayətdə qətnamənin  tamamilə əsassız və qanunsuz olması , bununla bağlı onun ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılması xahiş olunur.

Məhkəmə qərarını şərh edən Qafqaz müsəlmanlarının dini rəhbəri Hacı Allahşükür Paşazadə bir müddət əvvəl jurnalistlərə müsahibəsində Bakıda qanunsuz məscid tikintisini pisləyib.

" Mən həmişə demişəm ki, məscidlərin sökülməsinin əleyhinəyəm, lakin məscid qanunsuz tikilibsə, sökmək lazımdır", - deyə şeyxulislam bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şəhərin mərkəzində böyük məscid tikilərkən dövlət məmurlarından heç birinin əvvəllər bunu görməməsindən təəccübləndiyini bildirib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti