...

Fransada yaşayan tanınmış azərbaycanlı alim vəfat edib

Cəmiyyət Materials 9 Yanvar 2009 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 yanvar / Trend , müxbir C.Babayeva/ Fransada yaşayan, əslən azərbaycanlı olan tanınmış alim İrene Melikoff  91 yaşında vəfat edib. Azərbaycanlı alim vəfatınadək bir ay Strasburq xəstəxanasında müalicə olunub, cümə günü Diaspor ilə iş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Melikoff 1917-ci ildə Sankt-Peterburqda doğulub, Sarbonna Universitetinin ədəbiyyat fakültəsini bitirib, şərq dilləri üzrə mütəxəssis olub. O, Strasburq Uniersitetində Türkologiya və İran İnstitutuna rəhbərlik edib, TURCICA jurnalının yaradıcılarından biri olub, Türkoloji İnkişaf Dərnəyinin sədri və digər vəzifələrdə çalışıb. Bir çox beynəlxalq konfranslara qatılan Melikoffun "Umur Paşa Destanı", "Melik Danişmend", "Ebu Müslim Horasani", "Türk Sufizminin İzinde", "Uyur İdik Uyardılar", "Efsaneden Gerçeğe Hacı Bektaş ve Kırklar Sofrası" adlı kitabları dərc olunub. Şərəfli fəaliyyətinə görə 10 ali mükafat almış alim həmçinin Bakı Dövlət Universitetinin də fəxri doktoru idi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti