...

Türkiyənin "Qalatasaray" futbol klubunun yeni baş məşqçisinin adı məlum olub

Cəmiyyət Materials 23 Fevral 2009 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı,  23 fevral / Trend , müxbir R.Ergün / Türkiyənin "Qalatasaray" futbol klubunun yeni baş məşqçisinin adı məlum olub.

Bu vəzifəni Bülənt Korkmaz - klubun sabiq kapitanı və Türkiyə milli komandasının sabiq oyunçusu icra edəcək.

"Klub Korkmazla il yarımlıq müqavilə imzalayıb", - Türkiyə KİV-i məlumat verir.

Türkiyənin məşhur "Qalatasaray" futbol klubunun almaniyalı baş məşqçisi Mixael Skibbe istefaya göndərilib. Bu barədə bazar ertəsi Türkiyənin "Milliyet" qəzeti xəbər verib.

"Qalatasaray" dünən Türkiyə Superliqası çərçivəsində azərbaycanlı futbolçu Rəşad Sadıqovun çıxış etdiyi "Kocaelispor"la oyunda böyük hesabla (2:5) məğlub olub.

"Qalatasaray"ın "Ali Sami Yen" stadionunda keçirilən oyundan sonra klub rəhbərliyi baş məşqçinin istefası barədə qərar qəbul edib.

Skibbe "Qalatasaray"ın baş məşqçisi vəzifəsinə 2008-ci ilin yayında təyin olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti