...

Dünyada baş verən iqtisadi böhranla bağlı Azərbaycanda həyata keçirilən ekoloji layihələrdə dəyişikliklər edilə bilər - nazir

Cəmiyyət Materials 5 Mart 2009 09:00 (UTC +04:00)
Dünyada baş verən iqtisadi böhranla bağlı Azərbaycanda həyata keçirilən ekoloji layihələrdə dəyişikliklər edilə bilər - nazir

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri bildirib ki, dünyada baş verən iqtisadi böhranın ölkədə həyata keçirilən ekoloji layihələrin ləngiməsinə ciddi təsiri hələ ki, hiss olunmur.

"Bununla belə, planlı qaydada həyata keçirilən layihələrdə iqtisadi imkanlar nəzərə alınmaqla müəyyən dəyişikliklər edilə bilər", - çərşənbə günü Trend -a ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Trend -un arayışı: Azərbaycan Dövlət Neft Şirkəti prezidenti  bəzi daxili layihələrin maliyyə böhranı səbəbindən reallaşdırılma vaxtının dəyişdirilməsi və ləngiməsi hallarının yarana bilmə ehtimalını istisna etməyib.

"Bu, xüsusilə şirkətin ekoloji layihələrinə aiddir", - deyə ARDNŞ prezidenti Rövnəq Abdullayev fevralın sonunda jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanda ekoloji layihələr həm prezident İlham Əliyevin şəxsi təşəbbüsü, həm də planlı qaydada reallaşdırılır: "2008-ci ildə planlı şəkildə həyata keçirilən layihələr üçün dövlət büdcəsindən 18,3 milyon manat ayrılmışdı. Biz Fövqəladə Hallar Hazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq qurumlarla birgə həmin vəsaitin 17 milyonunu müxtəlif layihələrin həyata keçirilməsinə sərf etmişik", - Bağırov əlavə edib.

Nazir deyib ki, 2009-cu ilin iki ayı arxada qalsa da, prezidentin təşəbbüsü ilə həyata keçirilən ekoloji layihələrin reallaşdırılmasında hələlik hər hansı təxirə salma, yaxud ləngimə prosesi qeydə alınmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti