...

Azərbaycanın TREND İnformasiya Agentliyi və Tacikistanın "Xovar" Milli İnformasiya Agentliyi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

Cəmiyyət Materials 6 Mart 2009 14:31 (UTC +04:00)
Azərbaycanın TREND İnformasiya Agentliyi və Tacikistanın "Xovar" Milli İnformasiya Agentliyi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir N.Abdullayeva /

Azərbaycanın TREND İnformasiya Agentliyi və Tacikistanın "Xovar" Milli İnformasiya Agentliyi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Razılaşma informasiya və multimedia sahələrində əməkdaşlıq, jurnalist işi üzrə təcrübə mübadiləsini nəzərdə tutur.

Razılaşma TREND agentliyinə ciddi, etibarlı informasiya və multimedia məhsulu tədarükçüsü kimi beynəlxalq nüfuzunu daha da möhkəmləndirmək, məhsulun ölkə xaricinə yayılması coğrafiyasını genişləndirmək və ciddi jurnalist təcrübəsi əldə etmək imkanı verəcək.

TREND Agentliyi 1995-ci ildə Azərbaycanda təsis edilmiş özəl, beynəlxalq, xəbər KİV-dir.

TREND Agentliyinin onlayn-xəbər buraxılışları ingilis, rus, fars və ərəb dili də daxil olmaqla, beş dildə dərc olunur və www.trend.az web-saytında yerləşdirilir. TREND həmçinin öz abunəçilərinə yüksək keyfiyyətli video və fotomateriallar, ilin, ayın, həftənin əsas siyasi və iqtisadi hadisələrinin daxil olduğu analitik məhsullar və agentliyin ekspertlərinin iqtisadi məqalələrini də təqdim edir.

2006 və 2007-ci ilin yekunlarına gorə, TREND İnformasiya Agentliyi "Azərbaycanın kütləvi informasiya vasitələri" nominasiyası uzrə "İlin ən yaxşı şirkəti" mükafatına layiq görülüb. 2008-ci ildə TREND Agentliyi XI Avrasiya teleforumu çərçivəsində "Avrasiya internet-məkanda" elektron KİV xüsusi müsabiqəsinin "İnformasiya tərəfdaşlığının uğurlu media-menecmenti" nominasiyasının qalibi olub.

Tacikistan Milli İnformasiya Agentliyi "Xovar" ölkənin mərkəzi dövlət informasiya orqanıdır. O, regionda və ümumi postsovet məkanında tanınmış informasiya agentliyidir.

Agentlik Düşənbədə 1925-ci ildə respublika teleqraf agentliyi (Tacik TA) kimi TASS sistemində fəaliyyətə başlayıb. Respublikanın müstəqillik əldə etməsindən sonra 1992-ci il aprelin 10-da Tacik TA Tacikistan hökuməti yanında milli dövlət informasiya agentliyinə çevrilib.

"Xovar" TMİA bu gün ölkədə rəsmi statusu olan yeganə informasiya agentliyidir, Tacikistan hökuməti və parlamenti, prezidentin fəaliyyəti, eləcə də ölkənin bütün dövlət aparatı ilə bağlı bütün rəsmi sənədləri ilk əldən alır və dərhal geniş kanallar vasitəsilə yayır.

Agentlik Tacikistanın bütün regionlarında baş verən hadisələr haqda operativ və dürüst məlumatların etibarlı tədarükçüsüdür. "Xovar" İnformasiya Agentliyinin istehlakçıları arasında yalnız qəzet, jurnal, televiziya və radioyayımlar deyil. Agentlik tərəfindən yayılan məlumatlardan internet-sayt istifadəçiləri, xarici səfirliklər, iş dairələri, nazirliklər və qurumlar, ictimai təşkilatlar, Tacikistandakı və onun xaricindəki şəxslər yararlanırlar.

"Xovar" TMİA-nın informasiyaları tacik, rus, fars, ərəb, özbək və ingilis dillərində yayılır. Agentlik dünyanın və regionun aparıcı informasiya agentlikləri, xidmətləri və mərkəzləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinə malikdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti