...

Teymur Rəcəbov Linaris superturnirində Aronyan və Van Yue ilə 5-7 yerləri bölüşdürdü

Cəmiyyət Materials 8 Mart 2009 17:07 (UTC +04:00)

Linarisdə başa çatan şahmat üzrə superturnirdə azərbaycanlı qroysmeystr Teymur Rəcəbov 6,5 xal toplayaraq, erməni Levon Aronyan və çinli Van Yue ilə 5-7  yerləri bölüşdürdü. Bu barədə Vesti məlumat verir.

Turnirin qalibi isə 8 xal toplayan rusiyalı Aleksandr Qrişuk oldu. Eyni xalı ukraynalı Vasiliy İvançuk da toplayıb, lakin əlavə göstəricilərə görə A.Qrişuk rəqibindən üstün olub, - İTAR-TASS məlumat verir.  

Son oyun gününün bütün görüşləri heç-heçə başa çatıb. Belə nəticə Levon Aronyan (Ermənistan) və Aleksandr Qrişuk (Rusiya), Lenyer Dominges (Kuba) və Vasiliy İvançuk (Ukrayna), Vişvanatan Anand (Hindistan) və Maqnus Karlsen (Norveç), Teymur Rəcəbov (Azərbaycan) və Van Yue (Çin) arasında görüşlərdə qeydə alınıb.  

Turnir iştirakçılarının son olaraq bu yerləri tutdular: 1. Qrişuk - 8 xal, 2. İvançuk - 8, 3. Karlsen - 7,5, 4. Anand - 7, 5-7. Aronyan, Van Yue, Rəcəbov - hərəyə 6,5, 8. Dominges - 6.     

Xəbər lenti

Xəbər lenti