...

AŞ-nin nümayəndəsi hesab edir ki, Avropa Konvensiyası yerli məhkəmələr tərəfindən düzgün tətbiq olunarsa, Avropa İnsan Haqları Məhkəməsinə müraciətlərin sayı minimuma enər

Cəmiyyət Materials 11 Mart 2009 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir K.Zərbalıyeva /

AŞ-nin nümayəndəsi hesab edir ki, Avropa Konvensiyası yerli məhkəmələr tərəfindən düzgün tətbiq olunarsa, Avropa İnsan Haqları Məhkəməsinə müraciətlərin sayı minimuma enər, Trend -un məlumatına görə, çərşənbə günü Məhkəmə-Hüquq Şurası (MHŞ) ilə Avropa Şurasının hakimlər üçün təşkil etdiyi seminardakı çıxışında AŞ baş katibinin xüsusi nümayəndəsi Veronika Kotek deyib.

Avropalı ekspertin sözlərinə görə, hakimlər Avropa İnsan Haqları Konvensiyası və Avropa Məhkəməsinin president hüququ ilə bağlı məlumatlı olsalar da, bu məlumatlar yetərli deyil.

Kotek Avropa Konvensiyasının və president hüququnun məhkəmələr tərəfindən tətbiqinin hec də asan olmadığını qeyd edib və Konvensiyanın mükəmməl öyrənilməsinin hakimin ədalətli, obyektiv və Avropa standartlarına uyğun qərar çıxarılmasında önəmli rol oynadığını bildirib.

Avropa Şurasının insan haqları ilə bağlı nüfuzlu ekspertləri tərəfindən keçirilən seminarın açılışında çıxış edən Məhkəmə-Hüquq Şurası yanında Hakimlərin və dövlət ittihamçılarının tədrisi sektorunun rəhbəri, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Xələfov Avropa Konvensiyasının tətbiqi təcrübəsinin öyrənilməsinə xüsusi əhəmiyyət verildiyini, bu sahədə MHŞ tərəfindən AŞ ilə davamlı seminar və digər tədbirlərinin keçirildiyini bildirib.

"Avropa İnsan Hüquqları Konvensiyasının ölkədaxili tətbiqi" mözusunda təşkil olunmuş ikigünlük seminarda Avropa Məhkəməsinin prosedurları, məhkəmənin qərarlarının icrası və onların ölkədaxili qanunvericiliyə təsiri, fikir ifadə etmək azadlığı, Avropa Məhkəməsində Azərbaycana qarşı işlərin icmalı, Konvensiyanın ayrı-ayrı müddəalarının tətbiqi məsələləri və s. mövzular üzrə mülahizələr dinlənilib, fikir mübadiləsi və müzakirələr aparılıb.

Seminarda AŞ-nin Fransa, Portuqaliya, Litva və Belorusdan olan ekspertləri iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti