...

AFFA prezidenti korrupsiya faktında günahlandırılan FİFA referiləri ilə bağlı Baş Prokurorluğa müraciət edəcəklərini istisna etməyib

Cəmiyyət Materials 16 Mart 2009 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir E.Məmmədov /  

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev korrupsiya faktında günahlandırılan FİFA referiləri Babək Quliyev və Anar Niyazovun məsələsi ilə bağlı Baş Prokurorluğa müraciət edəcəklərini istisna etməyib.

"Biz hakimlərə istənilən şərait yaratmışıq. Onların qonorarlarını artırmışıq, futbol tariximizdə ilk dəfə xaricdə təlim-məşq toplanışı təşkil etmişik. Ancaq son vaxtlar baş verən hadisələr ürəkaçan deyil". Trend -un məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev keçirdiyi mətbuat konfransında deyib.

AFFA-nın çıxardığı qərarə əsasən, hər iki FİFA referisi hakimlikdən uzaqlaşdırılıb.

"Hər hansı hakimdən şübhələnməyimiz belə, onun barəsində qərar çıxarmağımıza kifayətdir. Konkret Babək Quliyev və Anar Niyazovun məsələsinə gəlincə, əlimizdə tutarlı faktlar var. Biz heç vaxt ədalətsiz iş görmərik. Lazım gələrsə, bununla bağlı Baş Prokurorluğa da müraciət edəcəyik", - AFFA prezidenti deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti