...

Bütün Qafqazın şeyxi Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edib

Cəmiyyət Materials 16 Mart 2009 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir C.Babayeva /

Bütün Qafqazın şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə bazar ertəsi Azərbaycan xalqını Novruz Bayramı münasibəti ilə təbrik dib.

"İnsan həyatına yenilik, süfrələrə xeyir-bərəkət bəxş edən el bayramı olan Novruz xalqımızın tarixi yaddaşında özünəməxsus yer tutan Uca Yaradana məhəbbəti, yaratdığı nemətlərə şükür və Onun yolunda xeyirxahlığı təcəssüm etdirir", - Paşazadənin təbrikində deyilir.

Təbrikdə QMİ sədri bildirib ki, builki Novruz Bayramı həm də xalqımızın həyatında mühüm əhəmiyyət kəsb edən ümumxalq səsvermə ilə eyni zamana təsadüf edir.

"Müdrik Azərbaycan xalqı özünün ali qanununun - Konstitusiyasının təkmilləşdirilməsi yolunda zəruri saydığı dəyişiklikləri təsbit etmək üçün seçimi yeni ümidlər gətirən Novruz ərəfəsində edəcək. Əminəm ki, bu seçim Azərbaycan dövlətçiliyinin daha da güclənməsinə, vətəndaşların firavan həyatına səbəb olacaq", - təbrikdə deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti