...

"Çanaqqalada yüksələnlər" kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilib

Cəmiyyət Materials 17 Mart 2009 17:09 (UTC +04:00)
"Çanaqqalada yüksələnlər" kitabının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilib

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir E.Rüstəmov /

Azərbaycanda çərşənbə axşamı "Çanaqqalada yüksələnlər" adlı kitabın Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilib.

"Azərbaycanlılar necə ki, Çanaqqalada baş verənləri yaxşı bilir, eləcə də Türkiyədə olan vətəndaşlar Qarabağ problemini o cür bilməlidir", - Trend -un məlumatına görə, bu barədə bu gün təqdimetmə mərasimində millət vəkili Qənirə Paşayeva deyib.

Paşayevanın sözlərinə görə, əgər Çanaqqala döyüşü olmasaydı, indiki Türkiyənin reallığından danışmaq olmazdı. 

Deputat hesab edir ki, bu kitabı gənclər, hətta məktəblilər oxumalıdır.

"Bu kitab bir vətənpərvərlik fəlsəfəsidir. Burada yalnız döyüşdə iştirak edənlərin yox, övladlarını döyüşə göndərənlərin də qəhrəmanlığı göstərilir. Bu kitab Azərbaycan üçün böyük rol oynayır", - Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Nizami Cəfərov bildirib.

Cəfərov bildirib ki, bu cür kitabların Azərbaycanda yayılması vətənpərvərlik ruhunu gücləndirə bilər.

"Canaqqala döyüşü türk millətinin tarixinin ən şərəfli qəhrəmanlıq savaşıdır. Bu savaş Türkiyənin mövcudluğunun savaşıdır", - Azəri-Tür Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, Türkiyə hər zaman türk dünyasının rəhbəri olacaq, həm xarici, həm daxili düşmənin qarşısında duracaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti