...

Azərbaycanın cənubunda plov bayramı keçirilib

Cəmiyyət Materials 19 Mart 2009 16:00 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 19 mart / Trend , müxbir P.Əliyeva /

Azərbaycanın cənubunda yerləşən Lənkəran rayonunda (paytaxt Bakıdan 270 kilometr aralı) cümə axşamı plov bayramı keçirilib.

Trend -un məlumatına görə, bayramda 52 növ plov nümayiş etdirilib. Bu plovlara 300 kq düyü sərf olunub. 52 növ plovdan 2500-dən artıq Lənkəran sakini dadıb.

Novruz bir bayram kimi baharın gəlişi münasibəti ilə geniş miqyasda qeyd olunur və insanlara xoş ovqat bəxş edən təbiət hadisəsinə - qışın qurtarmasına və baharın gəlişinə həsr olunur.

Novruz bayramını qeyd etmək təzə ili - baharın ilk gününü qarşılamaq deməkdir. Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox əski çağlarla - Zərdüşt peyğəmbərin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 il hesab edirlər.

İlk yazılı mənbələrdə qeyd olunur ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə qeyd olunub.

Bayram münasibəti ilə martın 20-dən 29-dək Azərbaycanda qeyri-iş günüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti