...

Bakı həbsxanasında saxlanılan məhkumda narkotik aşkarlanıb

Cəmiyyət Materials 27 Mart 2009 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart / Trend müxbir E.Rüstəmov/ Bakının cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların birində narkotik maddə aşkarlanıb.

Azərbaycan Penitensiar Xidmətin ictimayyətlə əlaqələr şöbəsindən cümə günü Trend -a verilən məlumata əsasən, 6 saylı cəzaçəkmə müəssisəsində kecirilən axtariş - baxış zamanı 39 yaşlı məhkum Aslanlı Samir Zakir oğlundan 10,9 qram narkotik maddə-heroin tapılıb.

Faktla baglı toplanmış materiallar aidiyyatı üzrə Bakı şəhəri Nizami RPİ-in İstintaq şöbəsinə göndərilib.

Məhkum Aslanlı buna qədər Cinayət Məcəlləsinin dələduzluq (178.3.2) maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib və və 6  saylı ümumi rejimli cəzacəkmə müəssisəsində saxlanılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti