...

Belçikalı senatorun Azərbaycana səfəri başlayır

Cəmiyyət Materials 29 Mart 2009 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir C.Babayeva /

Belçikalı senator, Bekçika Krallığı Senatının Qadın, Kişi Hüquqlarının Bərabərliyi üzrə Məsləhət Şurasının sədri Tilmans Dominique Conardın rəhbərlik etdiyi nümayəndə heyətinin bazar günü gecə Azərbaycana səfəri başlayır. Səfərin məqsədi Belçika cəmiyyətində Azərbaycana dair məlumatları zənginləşdirmək, Belçika dövlət rəsmiləri və ictimai-siyasi xadimlərinin ölkəmizlə əlaqələrini daha da inkişaf etdirməkdir, bazar günü Trend -a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinə millət vəkilləri Marion Lemesre və Sadık Köksal, müşavir Christian Servaes, "Beltürk" qəzetinin sahibi Şerife Yavas daxildir.  

Nümayəndə heyətinin Milli Məslis, Milli Təhlükəsizlik və Xarici İşlər nazirlikləri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub. Nümayəndə heyəti həmçinin Heydər Əliyev Fondu ilə tanış olacaq, Azərbaycan Tarix Muzeyinə ekskursiya edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti