...

Futbol üzrə Azərbaycan yığması: hücumun olmadığı yerdə müdafiə əzmi - Trend News-un icmalçısı

Cəmiyyət Materials 29 Mart 2009 15:58 (UTC +04:00)
Futbol üzrə Azərbaycan yığması: hücumun olmadığı yerdə müdafiə əzmi - Trend News-un icmalçısı

Trend -un icmalçısı İmran Hüseynov

DÇ-2010 çərçivəsində seçmə mərhələnin növbəti turu başa çatdı - təəssüf ki, Azərbaycan yığmasının növbəti məğlubiyyəti ilə başa çatdı. Bu dəfə millimizi 2:0 hesabı ilə Rusiya yığması məyus etdi. Belə təsəvvür yaranır ki, Azərbaycan komandası "futbol ilahələri"nin qəzəbinə tuş gəldiyindən bəxt üzünə gülmür. Hər şeyə ardıcıllıqla nəzər salaq.

Oyundan öncə Rusiya yığmasın baş məşqçisi Qus Hiddink, komandanın kapitanı Sergey Semak və başqa futbolçular bildirmişdilər ki, Azərbaycan yığmasını və Rusiyanın aprelin 4-də qarşılaşacağı Lixtenşteyn komandasını qiymətləndirməmək doğru olmazdı. Əslində deyilənlərdə az da olsa həqiqət var. Rusların düşərgəsindən yalnız Andrey Arşavin qarşıdakı iki oyundan Rusiya yığmasının altı xal əldə edəcəyini əminliklə bildirmişdi. Azərbaycan yığmasının hücumçusu və bir vaxtlar Rusiyanın ÇSKA klubunda top qovmuş Vaqif Cavadov da özünü oyunda göstərəcəyini bildirnişdi.

Nə əlavə etmək olar. Futboldu -  hər şey mümkündür.

Azərbaycan yığmasına gəldikdə isə komanda oyuna köklənmişdi. Baxmayaraq ki, heyətdə zədəlilərlə bağlı problemlər var idi. Xüsusilə yığmanın əsas qapıçısı -  ötən ili Azərbaycanın ən yaxşı oyunçusu adını almış Kamran Ağayev zədə ucbatından oyunu buraxmalı oldu. Digər lazımlı oyunçulardan isə Zaur Tağızadə (zədə üzündən) və Zaur Ramazanov heyətdən kənarda qalmışdılar. Milliləşdirilmiş Branimir Subaşiçin "Srvena Zvezda"dan sonra klubsuz qalmasına baxmayaraq Berti Foqtsun onu milliyə dəvət etməsi heyrət doğurur. Yumşaq desək, bu addım heç də məqsədəuyğun deyildi. Oyunun gedişatı göstərdi ki, yığmamızın hücumlarını qurmaq vəzifəsi cinah yarımmüdafiəçisi Vüqar Nadirov və yenicə zədəsini sağaltmış Fabio Luis Ramimin üzərinə düşüb. Rusiyanın heyətinə gəldikdə isə, onlarda ciddi bir dəyişiklik yox idi. Hücumun önündə Roman Pavlyuçenko və bir qədər arxada Arşavin yer almışdı.

Çoxlarının gözlədiyinin tam əksi olaraq Azərbaycan yığması heç də yalnız müdafiəyə çəkilmədi və ilk dəqiqələrdən hücuma atıldı. Azərbaycanın iki uzun sürən hücumundan sonna ilk təhlükəli vəziyyəti Arşavinin timsalında rusiyalılar yaradır. 13-cü dəqiqədə cərimə meydançasına girən və müdafiəçini aldadan Arşavinin zərbəsi qeyri-dəqiq olur. 29-cu dəqiqədə Rusiya yığması 23 metr məsafədən cərimə zərbəsi vurmaq şansını əldə edir. Pavlyuçenko vurur və top canlı səddə dəyərək meydanı tərk edir. Vuqar Nadirovun canlı səddi vaxtından tez tərk etməsi cərimə zəbəsinin yenidən yerinə yetirilməsinə səbəb olur. Təkrar zərbə zamanı Pavlyuçenko dəqiq nişançı olduğunu sübut edir və hesab açılır - 1:0. Qeyd edək ki, bu epizodda top qapıçı Vəliyevin əlinin altından keçərək tora daxil olur. Vurulan qoldan sonra top əsasən meydançanın mərkəzində olur.

İkinci hissədə Subaşiçin yerinə meydançaya Vaqif Cavadov daxil olduqdan sonra millimizin hücum xəttində bir qədər canlanma nəzərə çarpır. İkinci hissənin başlanğıcı rusiyalıların 50-ci dəqiqədəki hücumu ilə yadda qaldı: sağ cinağdan Semşovun verdiyi ötürməyə Arşavin qapı ağzında topa sadəcə bir neçə santimetr çata bilmir ki, hesabı ikiyə çatdırsın. Azərbaycan yığmasının da hücumları rusiyalılara az problem yaratmır. Oyunun çox kobud şəkildə keçməsini sarı vərəqələrin sayı sübut edir: beş sarı vərəqədən dördü Azərbaycan yığmasının oyunçularının payına düşür.

71-ci dəqiqə, Rusiya yığmasının növbəti hücumu zamanı Pavlyuçenko Cəmşid Məhərrəmovun nəzarətsiz buraxdığı Konstantin Zıryanova ötürmə edir və o, öz növbəsində uzaq sağ küncə dəqiq zərbə vuraraq hesabı ikiyə çatdırır - 2:0.

Növbəti təhlükəli vəziyyət Azərbaycan yığmasının qapısı önündə 87-ci dəqiqədə yaranır. Arşavinin verdiyi ötürməyə İqnaşeviç başla zərbə vurur və Vəliyev inanılmaz reaksiya ilə topu qaytarır.  

Oyundan sonra Rusiya yığmsının məşqçisi Qus Hiddink komandasının oyunundan razı qalmadığını bildirib. Rusiya yığmasının oyunçuları da istədikləri futbolu sərgiləyə bilmədiklərini etiraf ediblər.

Buna görə Azərbaycan yığmasına təşəkkürlər.

Azərbaycan yığmasının oyunu isə ikili təsir bağışladı. Həmişəki kimi: müdafiədəki inamlı və əzmli oyunla hücumdakı mənasız oyunun ahəni. Oyundan-oyuna komandamızın səhvləri azalır. Ümid edək ki, bu tendensiya gələcəkdə də davam edəcək. Azərbaycanın müdafiə xəttindən danışdıqda millimizin kapitanı Rəşad Sadıxov və Saşa Yunisoğlunu xüsusi qeyd etmək lazımdır.

Fiziki hazırlığa gəldikdə isə demək olar ki, oyunçularımızda xeyli irəliləyiş var. Rusiya ilə oyun göstərdi ki, futbolçularımız sadəcə 90 dəqiqə meydançada olmurlar, onlar aktiv şəkildə mübarizə aparmağı da bacarırlar. Qısası, tərəqqi var. Ümid edək ki, Berti Foqtsa nəticə əldə etmək üçün ən azı müqavilə müddəti bitənədək etimad göstəriləcək. Azərbaycan yığmasının seleksiyaçı-məşqçisi Nazim Süleymanov demişkən, yığmamızın gələcəyi var.

Xəbər lenti

Xəbər lenti