...

Azərbaycanlı millət vəkili dindarlardan şikayətçi deyil

Cəmiyyət Materials 17 Aprel 2009 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanlı millət vəkili haqda ölüm fitvası verdiyi üçün həbs olunmuş nardaranlıların cinayət iş üzrə məhkəmə istintaqı yekunlaşıb.

Həbs olunmuş nardaranıların vəkili Əlövsət Ağamoğlanov cümə günü Trend -a bildirib ki, Sabunçu rayon məhkəməsində keçirilən prosesdə millət vəkili Sabir Rüstəmxanlı iştirak etməyib.

Trend -un arayışı: 2009-cu il yanvarın 9-da Bakı şəhəri, Nardaran qəsəbəsinin "İmam Hüseyn" meydanında keçirilən mitinqdə kənd ağsaqqalı kimi adı çəkilən Hacı Əli Hüseynov çıxış edərkən Vətəndaş Həmrəyliyi Patiyasının sədri, millət vəkili, xalq şairi, DAK həmsədri Sabir Rüstəmxanlının ünvanına nalayiq sözlər işlətmiş, onu terrorla hədələmişdi.

Yanvarın 24-də Hüseynov yanvarın şübhəli şəxs qismində saxlanılıb. Yanvarın 26-da Nərimanov rayon məhkəməsi Nardaran sakini barəsində həbs-qətimkan tədbiri seçib.

Digər təqsirləndirilən Hacı Hikmət Vəliyev isə aksiyada millət vəkili Rüstəmxanlının başına 50 min manat pul qoyduğunu, onu öldürənin bu mükafata sahib olacağını bəyan etmişdi.

Faktla əlaqədar  Sabunçu rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə (134-cü) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işinin istintaqını DİN-in Baş Mütəşəkkli Cinayətkarlıqla Mübarizə İdarəsi aparıb.

Prokuror bildirib ki, növbəti prosesdə Rüstəmxanlı iştirak etməzsə, onun istintaqa verdiyi ifadəsi elan olunacaq.

Vəkil bildirib ki, Rüstəmxanlı ifadəsində təqsirləndirilənlərə qarşı heç bir tələbi, şikayəti olmadığını bildirib.

Prokuror aprelin 21-dək çıxış üçün məhkəmədən vaxt istəyib.

Trend -un arayışı: Aksiya zamanı kənd ağsaqqalları Azərbaycanın bəzi ziyalılarının xalqa yalan məlumat verdiyini, bununla millətə xəyanət etdiklərini deyib.

"Sabir Rüstəmxanlı kimi vicdansız ziyalılar millətə xəyanət edir, Azərbaycanın dərdini açıqlayan "Səhər" (İran kanalı nəzərdə tutulur - red.) kanalına böhtan atır. Bu hərəkətlərinə görə onun barəsində Nardaran ağsaqqallarından biri tərəfindən ölüm fitvası çıxarılıb. Sabir Rüstəmxanlı, sən bundan sonra cangüdənlərinin sayını artır", - etiraz aksiyasında açıqlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti