...

Azərbaycanın Premyer Liqa komandaları arasında keçirilən oyunları idarə edən hakimlərə verilən qiymətlər müəyyənləşib

Cəmiyyət Materials 20 Aprel 2009 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 aprel / Trend , müxbir A.Hüseynbala /

Premyer Liqa komandalarının əsas heyətləri arasında keçirilən XVII Azərbaycan Çempionatının XXII tur oyunlarına hakim qiymətləri müəyyənləşib.

Azərbaycan Futbol Federasiyaları Assosasiyasından bazar ertəsi Trend -a bildiriblər ki, Hakimlər Komitəsinin qərarı ilə "Xəzər-Lənkəran"-"Bakı" oyununu idarə edən Əliyev Vüsala 8,0, Hüseynov Azad.Q 8,0, Əsgərov Azərə 8,0, Məmmədov Rasimə 8,0 bal verilib.

"Qəbələ" - "Standard"ı oyununu idarə edən Məmmədov Elçin 8,1, Əsədov Ramiz 8,0, Əmrahov Səbuhi 7,8, Haşımov Ceyhun 8,0, "Olimpik" - "Simurq" oyununda hakimlər Salmanov Anar 8,1, Əliyev İlham 8,0, Əliyev İskəndər 8,0, Səmədli Elçin 8,0 bal alıblar. Digər oyunlarda hakimlərə verilən bal aşağıdakı kimidir:

"Qarabağ" - MOİK - Cabbarov Rauf 7,9, Vasilyev Roman 8,0, Babayev Ruslan 8,0, Əliyev Zöhrab 8,0.

"Bakılı" - "Turan" - Həmzəyev Əfqan 7,5, Ayvazov Vaqif 7,0, Məmmədov Qəzənfər 8,0, Feyzullayev Feyzulla 8,0.

"Karvan" - "Muğan"
Ağayev Hacıəli 7,6, Ağayev Əliyar 8,0, Durmuşov Elşən 8,0, Diniyev Ramil 8,0

"İnter" - "Neftçi" - Yusifov Fariz 8,1, Məmmədov Azər 8,0, Musayev Vaqif 8,0, Azad Mütəllimov 8,0.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti