...

Azərbaycan Premyer-Liqasının derbi oyununda "İnter" klubu meydana itki ilə çıxacaq

Cəmiyyət Materials 22 Aprel 2009 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı 22 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycan Premyer-Liqasının şənbə günü keçiriləcək XXIII turunda derbi oyununda Bakının "İnter" klubu meydana itki ilə çıxacaq.

"Xəzər Lənkəran"ın rəqibi olacaq "İnter"in oyunçusu Qoran Arnaut meydana çıxa bilməyəcək. Buna səbəb "bankirlər"in heyətində ötən tur "Neftçi"ylə qarşılaşmada (2:2) rəqibini bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq oyunu yarımçıq tərk etməsi olub.

Peşəkar Futbol Liqasının (PFL) Nizam-İntizam Komitəsi 29 yaşlı serbiyalı yarımmüdafiəçini iki oyunluq diskvalifikasiyaya məruz qoyub.

"İnter" 53 xalla ölkə çempionatının lideridir, "Xəzər-Lənkəran" isə 46 xalla dördüncü yerdə qərarlaşıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti