...

Azərbaycanda tələbələr arasında "Gənclərin təşəbbüsləri festivalı"na start veriləcək

Cəmiyyət Materials 22 Aprel 2009 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı 22 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycanın "İrəli" İctimai Birliyi mayın 1-dən tələbələr arasında "Gənclərin təşəbbüsləri festivalı"na start verəcək. Festivalın əsas məqsədi tələbə gənclərdə liderlik və idarəetmə qabiliyyətlərini inkişaf etdirmək və onların cəmiyyətdə fəallığını artırmaqdır.

Festivala qoşulmaq üçün "İrəli" İctimai Birliyindən layihələr üçün ərizə forması əldə olunmalı və layihələr iyunun 25-nə qədər Birliyin mərkəzi qərargahına təqdim olunmalıdır, İctimai Birliyin çərşənbə günü Trend -a daxil olan məlumatında deyilir.

Məlumata əsasən, qalib tələbələrin adları sentyabrda "Bilik günü" ilə bağlı təşkil olunacaq tədbirdə açıqlanacaq. "İrəli" İctimai Birliyi qalib olmuş təşəbbüslərin həyata keçirilməsinə maliyyə və təşkilati dəstək göstərəcək.   

Trend -un arayışı: "İrəli" İctimai Birliyi üç ildən artıq fəaliyyət göstərmiş eyniadlı Ümumrespublika Gənclər Hərəkatının bazasında yaradılıb. Birliyin sıraları altı min nəfərdən çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti