...

AFFA-nın Futbol Akademiyasının yetirmələri ilk beynəlxalq turnirdə iştirak edəcəklər

Cəmiyyət Materials 23 Aprel 2009 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) bir neçə ay əvvəl açılışı olan Futbol Akademiyasının yetirmələri ilk beynəlxalq turnirdə iştirak edəcək. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) cümə axşamı Trend -a bildiriblər ki, "Akademiya" adı altında çıxış edən komanda yeniyetmə futbolçular arasında təşkil olunan Qazaxıstan Prezidentinin kubokunda mübarizə aparacaqlar.

Aprelin 26-da start götürəcək və 30-dək davam edəcək turnirdə səkkiz komanda çıxış etməlidir ki, onlar Almatının "Footballand" idman kompleksində münasibətlərini ayırd edəcək.

A qrupunda mübarizə aparacaq "Akademiya" turnirin açılış günündə Qırğızıstanın "Abdış-Ata" komandası ilə mübarizə aparacaq. Təmsilçimizin digər iki rəqibi isə Rusiya paytaxtı Moskvanın məşhur komandaları MOİK və "Spartak" olacaq. Aprelin 26, 27 və 29-da baş tutacaq qrup oyunlarından sonra birinci yeri tutan komandalar bir-biri ilə görüşəcək. Digər qrupda Rusiyanın "Rubin", Hollandiyanın "Den Haaq", Qazaxıstanın "Semey-93" və "Ole Brazil" komandaları mübarizə aparacaq.

"Akademiya" Azərbaycanın 17 yaşlılardan ibarət milli komandasının əsasında formalaşıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti