...

Azərbaycanda tikinti şirkətinin rəhbəri barəsindəki istintaqın müddəti uzadılıb

Cəmiyyət Materials 27 Aprel 2009 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda dələduzluqda ittiham olunan tikinti şirkətinin rəhbəri barəsindəki istintaqın müddəti iki ay uzadılıb.

"Gen" MMC tikinti şirkətin rəhbəri Elburus Əliyevin vəkili Telman Qasımov bazar ertəsi Trend -a bildirib ki, məhkəmənin qərarı ilə hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki həbs müddəti 2 ay uzadılıb.

Vəkilin sözlərinə görə, iş üzrə 400-ə yaxın zərərçəkən var və onların cinayət işinin materialları ilə tanışlığı üçün vaxt tələb olunur. Bu səbəbdən də istintaq müddəti 2 ay uzadılıb.

Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq (178.3.2) cinayəti ilə ittiham olunan Əliyev və şirkətin digər əməkdaşları 400-ə yaxın vətəndaşdan ev tikmək məqsədilə pul alıb. Lakin şirkət rəhbərliyi vətəndaşlara nə ev tikib, nə də pullarını qaytarıb.

Əliyev ötən il iyunun 11-də saxlanılıb. Şirkət rəhbərinin müavini Nəbi Məmmədov və şirkətin mühasibi Həbib Ağayev də bu iş üzrə təqsirləndirilərək həbs olunublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti