...

Azərbaycanda orta məktəblərin birləşdirilməsi layihəsinə başlanılıb - nazir

Cəmiyyət Materials 28 Aprel 2009 10:57 (UTC +04:00)
Azərbaycanda orta məktəblərin birləşdirilməsi layihəsinə başlanılıb - nazir

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir C.Babayeva /  

Azərbaycanda kiçik orta məktəblərin  birləşdirilməsi işlərinə başlanılıb.

"Kiçik məktəbləri birləşdirərək böyük məktəb yaradılması nəzərdə tutulur. Həmin məktəblərdə təlim və təhsilin keyfiyyəti daha yüksək olar. Bu, bir layihə kimi hazırlanır və necə həyata keçiriləcəyini gələcək göstərəcək", - Trend -un məlumatına görə, çərşənbə axşamı jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

Trend -un arayışı: Azərbaycanda 4 mindən artıq orta məktəb fəaliyyət göstərir, 170 mindən artıq müəllim var.

Azərbaycanın regionlarda, eləcə də ucqar dağ kəndlərində müəllim çatışmamazlığını aradan qaldırmaq məqsədilə dövlət proqramı həyata keçirilir. Ötən ildə 1308 nəfər müəllim müvafiq təyinatla bölgələrə göndərilib. Təhsil naziri ötən il bu problemin Azərbaycanda artıq öz həllini tapmaq üzrə olduğunu bildirmişdi.

Azərbaycanın təhsil naziri ölkədə müəllim artıqlığı probleminin yarandığını da qeyd edib.

"Azərbaycanda müəllim qıtlığından daha çox müəllim artıqlığı probelmi var. Savadlı müəllimlərin qıtlığı qalmaqda olsa da, say baxımından müəllimlərin çoxluğu narahatlıq doğurur", - nazir əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti