...

Azərbaycanın təhsil naziri paytaxtın mərkəzində məktəblərin söküləcəyini təkzib edib

Cəmiyyət Materials 28 Aprel 2009 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir C.Babayeva /  

Azərbaycanın təhsil naziri paytaxtın mərkəzində bəzi məktəblərin söküləcəyi ilə bağlı yayılmış məlumatları təkzib edib.

"Bakı Şəhər İcra Hakimiyyəti ilə üzbəüz yerləşən 132 və 134 saylı məktəblərin görünüşü yeniləşdirilir. Yeni tədris ilinə qədər abadlaşdırılma işləri başa çatdırılacaq", - Trend -un məlumatına görə, çərşənbə axşamı jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

Trend -un arayışı: Bəzi KİV-lərdə Bakı Şəhər İcra Hakimiyyəti ilə üzbəüz yerləşən məktəblərin söküləcəyi və yerlərində park salınacağı barədə məlumatlar yayılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti