...

Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatlarının parlament binası qarşısında piketi baş tutmayıb

Cəmiyyət Materials 19 İyun 2009 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun  / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatlarının parlament qarşısında nəzərdə tutulan icazəsiz piketi baş tutmayıb.

Trend -un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, polislər aksiya iştirakçılarının parlamentə tərəf yaxınlaşmasına imkan verməyiblər. Aksiya iştirakçıları "Qeyri-hökumət təşkilatları haqqında" qanun layihəsinə edilən dəyişiklik və əlavələrə etiraz edirlər.

Aksiya baş tutmasa da, onların nümayəndəsi İqtisadi Araşdırmaları Mərkəzinin sədri Qubad İbadoğlunun etiraz bəyanatını parlamentə təqdim edilməsinə şərait yaradılıb.

Azərbaycan Parlamentinin bu gün keçirilən iclasının gündəliyinə "Qeyri-hökumət təşkilatları haqqında" qanun layihəsinə edilən dəyişiklik və əlavələrə dair qanun layihəsi salınıb.

Əlavə və dəyişikliklərdə yerli QHT-lərin xarici QHT-lərlə əməkdaşlığın məhdudlaşdırılması nəzərdə tutulur.

 Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti