...

Universal döyüş üzrə azərbaycanlı dünya çempionu qəsdən adamöldürməyə cəhddə ittiham olunur

Cəmiyyət Materials 1 İyul 2009 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul /  Trend , müxbir H.Bağırov /

Universal döyüş üzrə azərbaycanlı dünya çempionu qəsdən adamöldürməyə cəhddə ittiham olunur.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qaydasız döyüş üzrə dünya çempionu Sənan Dünyamalıyev və Zabit Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Qəsdən adamöldürməyə cəhd və xuliqanlıqda ittiham olunan şəxslər ötən ilin avqustunda Nabrandakı istirahət mərkəzlərinin birində istirahət edərkən 6 nəfər Xaçmaz rayon sakini ilə dava ediblər.

Prosesdə ifadə verən təqsirləndirilənlər özlərini elan olunan ittiham üzrə qismən təqsirli biliblər.

Bildiriblər ki, barda olarkən Xaçmaz rayonundan olan tanımadıqlar 6 nəfər şəxslər onlara sataşıb. Bundan sonra aralarında mübahisə yaranıb və həmin şəxsləri döyüblər.

Dünyamalıyev özünü müdafiə məqsədi ilə üstündəki bıçaqla həmin şəxslərdən birini bıçaqlayıb.

Proses iyulun 8-də zərərçəkmişlərin ifadələri ilə davam etdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti