...

İrandan Azərbaycana külli miqdarda narkotik keçirən dəstənin cinayət işi üzrə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 1 İyul 2009 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir H.Bağırov /

İrandan Azərbaycana qaçaqmal yolu ilə külli miqdarda narkotik keçirən 11 nəfərlik dəstə üzvlərinin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

İclasda iş üzrə məhkəmə prosesinin iyulun 7-də keçirilməsi qərara alınıb.

Ötən il dekabrın 11-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 90 kiloqrama yaxın narkotik vasitə götürülüb.

Dekabrın 11-də İran vətəndaşı Əhməd Quluzadə Əbülqasim, Azərbaycan vətəndaşları Rahib Zeynalov, İlham Mirzəyev, Ağaşükür İbişov, Nadir Çıqqarov, Rauf Əhmədov, Vüqar Abdullayev, Firudin Dadaşov, Azər Quliyev, Feyruz Əliyev, Xoşgəldi Əliyev qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib tamah niyyətilə külli miqdarda pul müqabilində sövdələşərək, satış məqsədi ilə qanunsuz olaraq əldə edilmiş narkotik vasitələri - 82 kiloqram 500 qrama yaxın həşişi, 5 kiloqramdan artıq heroini və 2 kiloqrama yaxın tiryəki gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycanın Cəlilabad rayonunun Gülməmmədli kəndinə gətirib, buradan isə Biləsuvar rayonunun Ağalıkənd kəndi ərazisinə apararaq əkin sahəsində gizlədiblər.

Faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Azərbaycanın Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti