...

Azərbaycanda gömrük qanunvericiliyi barədə kitab nəşr edilib

Cəmiyyət Materials 6 İyul 2009 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanda gömrük qanunvericiliyi barədə üçcildlik kitab nəşr olunub. Bu barədə Trend -a bazar ertəsi Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib.

1992-ci ildən 2008-ci ilə kimi qəbul edilən hüquq aktlarını sistemləşdirən nəşrin birinci və ikinci cildinə Gömrük Məcəlləsi, qanunlar, ölkə Prezidentinin sərəncam və fərmanları, Nazirlər Kabinetinin qərarları, onlara olunan əlavə və dəyişikliklər daxildir.

Kitab Azərbaycan Prezidentinin sərəncamı ilə 2007-ci il fevral ayının 1-də təsdiqlənən "Azərbaycan Respublikasının 2007-2010-cu illərdə gömrük sisteminin inkişafı üzrə Dövlət Proqramı"na müvafiq olaraq nəşr edilib.

Gömrük qanunvericiliyi gömrük işinin hüquqi əsaslarının, iqtisadi və təşkili işlərinin müəyyən edilməsi, Azərbaycanın iqtisadi və milli təhlükəsizliyinin təmin edilməsi, gömrük sahəsində çalışan işçilərin hüquqlarının müdafiəsi və onların birbaşa öhdəliklərinin icrasına yönəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti