...

Dünyada söz və mətbuat azadlığının vəziyyəti Türkiyədə müzakirə olunacaq

Cəmiyyət Materials 8 İyul 2009 13:14 (UTC +04:00)
Dünyada söz və mətbuat azadlığının vəziyyəti Türkiyədə müzakirə olunacaq

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir A.Hüseynbala /

Dünyada söz və mətbuat azadlığının vəziyyəti Türkiyədə müzakirə olunacaq.

"Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun da iştirak edəcəyi Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı iyulun 9-10-da İstanbulda keçiriləcək", - çərşənbə günü Trend -a Mətbuat Şurasından bildirilib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsyiа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən yuхarı tеlеkаnаl fəаliyyət göstərir.  Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Şura sədri rəhbərlik etdiyi qurumun fəaliyyət prinsipləri, həyata keçirdiyi işlərlə bağlı məruzə edəcək: "Toplantıda kütləvi informasiya vasitələrinin özünütənzimləmə üsullarının təkmilləşdirilməsi də müzakirə olunacaq, mövcud problemlər araşdırılacaq və vəziyyətdən çıxış yolları müəyyənləşdiriləcək", - məlumatda vurğulanır.

Azərbaycan Mətbuat Şurası 2005-ci ildən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının, Şura sədri Əflatun Amaşov isə qurumun İdarə Heyətinin üzvüdür. MŞ bu cür toplantılara artıq üçüncü dəfədir qatılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti