...

Azərbaycanda gənclər təşkilatlarının III Respublika sərgisi keçirilib

Cəmiyyət Materials 8 İyul 2009 15:21 (UTC +04:00)
Azərbaycanda gənclər təşkilatlarının III Respublika sərgisi keçirilib

Azərbaycan, Gəncə, 08 iyul / Trend , muxbir V.Məmmədov /

Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr aralı) gənclər təşkilatlarının III Respublika sərgisi keçirilib.

"Sərginin Gəncədə keçirilməsində əsas məqsəd regionlarda yaşayan gəncləri ictimai fəaliyyətə cəlb etmək, mövcud gənclər təşkilatının fəaliyyətləri haqqında onları məlumatlandırmaq və gənclər təşkilatlarının regionlarda fəaliyyətinin genişləndirilməsini stimullaşdırmaqdır", - Trend -un məlumatına görə, bunu çərşənbə günü sərginin açılışında gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.

Sərgidə Bakı, Gəcncə, Sumqayıt, Lənkəran, Mingəçevir və digər şəhər və rayonlarda fəaliyyət göstərən 60 yaxın gənclər təşkilatı iştirak edir. Təşkilatlar sərgidə öz fəaliyyətlərini və uğurlu layihələrini kitablar, buklet və broşurlar şəklində nümaiş etdirirlər. Həmçinin təşkilatlar sərgidə bir-biriləri ilə tanışlıq yaradaraq əməkdaşlıq əlaqələri qururlar.

Nazir müavininin sözlərinrə görə, hazırda ölkədə 170-dən çox gənclər təşkilatı fəaliyyət göstərir ki, onlardan təqribən 100-ü son üç ildə yarananlardır.

"Gənclər və İdman Nazirliyi gənclər təşkilatlarının layihələrini maliyyələşdirmək istiqamətində hər il müsabiqələr keçirir. 2008-ci ildə müsabiqələrdə qalib gələn 25 təşkilata təqribən 150 min manatdan artıq vəsait ayrılıb. Bu il 30-40 gənclər təşkilatının layihəsinin nazirlik tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur", - Babayev deyib. 

Artıq iki ildir paytaxtda keçirilən sərgi bu il ilk dəfə olaraq Gəncədə təşkil olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti