...

Almaniya Ombudsmanının Bakıya səfəri gözlənilir

Cəmiyyət Materials 8 İyul 2009 17:26 (UTC +04:00)
Almaniya Ombudsmanının Bakıya səfəri gözlənilir

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir Ü.Sadıxova /

Almaniya federal hökгmətinin insan haqları və humanitar yardım siyasəti üzrə səlahiyyətli nümayəndəsi Bakıda əməkdaşlıq məsələlərini müzakirə edəcək.

"Günter Nokenin səfəri 9-11 iyula təyin edilib", - çərşənbə günü Almaniyanın Azərbaycandakı səfirliyindən deyilib.

Səfəri çərçivəsində Noke Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Ombudsman Elmira Süleymanova, ədliyyə naziri Fikrət Məmmədov, həmçinin ölkənin vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti