...

Lənkəranda təcili tibbi yardım stansiyasına müraciət edənlərin sayı artıb

Cəmiyyət Materials 14 İyul 2009 11:47 (UTC +04:00)

Azərbaycan, Lənəkəran, 14 iyul / Trend , müxbir P.Əliyeva /

Lənkəranda təcili tibbi yardım stansiyasına müraciət edənlərin sayı artıb, bu barədə rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının baş həkimi Məmmədbağır Axundov məlumat verib.

Onun sözlərinə görə, son bir həftədə gün ərzində stansiyaya müraciət edənlərin sayı 30-40 nəfərə çatıb, əvvələr isə bu rəqəm 10-15 olub. Müraciət edənlərin 30 faizi ürək - damar xəstəlikləri, 25 faizi - sinir xəstəlikləri, 10 faizi - tənəffüs sistemi xəstəlikləri, başqaları isə digər xəstəliklərlə əlaqədar olub.

Axundov cari ilin altı ayı ərzində stansiyaya 2512 müraciət daxil olduğunu, ötən ilin müvafiq dövründə bu göstəricinin 2100 olduğunu bildirib. Baş həkim günvurma ilə əlaqədar heç bir müraciətin daxil olmadığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti