...

Azərbaycan və Moldova Konstitusiya məhkəmələri arasında memorandum imzalanacaq

Cəmiyyət Materials 17 İyul 2009 16:58 (UTC +04:00)
Azərbaycan və Moldava Konstitusiya məhkəmələri arasında qarşılıqlı hüquqi əməkdaşlıq barədə memorandum imzalanacaq.

Azərbaycan, Bakı,17 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan və Moldova Konstitusiya məhkəmələri arasında qarşılıqlı hüquqi əməkdaşlıq barədə memorandum imzalanacaq.

Azərbaycan Konstitusiya Məhkəməsininn mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, sənədin imzalanması məhkəmənin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyətinin Moldovaya rəsmi səfəri zamanı nəzərdə tutulur.

Abdullayev Moldova Konstitusiya Məhkəməsi ilə Avropa Şurası Venesiya Komissiyasının birgə keçirdiyi beynəlxalq məhkəmə forumunda iştirak etmək üçün iyulun 21-dən 24-dək Kişinyovda səfərdə olacaq.

Moldova Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş forumda Abdullayev "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə fərdi şikayətlərin verilməsi vasitəsilə vətəndaşların konstitusiya hüquqları və azadlıqlarının müdafiəsi" mövzusunda çıxış edəcək.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti