...

Azərbaycanın cənubunda fermerler etiraz aksiyası keçiriblər

Cəmiyyət Materials 20 İyul 2009 13:07 (UTC +04:00)
Azərbaycanın cənubunda yerləşən Ləmkəran rayonunun (paytaxt Bakıdan 270 kilometr cənubda) fermerleri etiraz aksiyası keçiriblər. Trend News-un məlumatına görə, pomidor əkini ilə məşğul olan 200-ə yaxın fermer məhsullarının Lənkəran Konserv Fabriki Açıq Səhmdar Cəmiyyəti tərəfindən ucuz qiymətə alınmasına etiraz edərək Lənkəran-Astara yolunu bağlayıblar.

Azərbaycan, Lənkəran, 20 iyul / Trend , muxbir P.Əliyeva /

Azərbaycanın cənubunda yerləşən Ləmkəran rayonunun (paytaxt Bakıdan 270 kilometr cənubda) fermerleri etiraz aksiyası keçiriblər.

Trend -un məlumatına görə, pomidor əkini ilə məşğul olan 200-ə yaxın fermer məhsullarının Lənkəran Konserv Fabriki Açıq Səhmdar Cəmiyyəti tərəfindən ucuz qiymətə alınmasına etiraz edərək Lənkəran-Astara yolunu bağlayıblar.

Fermerlər pomidorun bir kiloqramının 3-4 qəpiyə alındığını deyiblər. Onlar məhsullarının 8-10 qəpiyə alındığı halda ziyanla üzləşməyəcəklərini bildiriblər.

Lənkəran rayon İcra Hakimiyyətinin nümayəndələri fermerlərlə görüşdükdən sonra onlar yolu açıblar. İcra Hakimiyyəti problemin yaxın günlərdə həll olunacağına söz verib.

Lənkəran Konserv Fabriki Açıq Səhmdar Cəmiyyətindən isə bildiriblər ki, texniki problemlərə görə məhsullar aşağı qiymətə alınırdı və bu məsələ həllini tapacaq.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti