...

Azərbaycanda "Həsən bəy Zərdabi" mükafatının laureatları müəyyən edilib

Cəmiyyət Materials 20 İyul 2009 18:42 (UTC +04:00)
Azərbaycan Jurnalistlər Birliyi 22 iyul - Milli Jurnalistika Günü münasibətilə 2009-cu il ücün "Həsən bəy Zərdabi" mükafatının laureatlarını müəyyən edib.
Azərbaycanda "Həsən bəy Zərdabi" mükafatının laureatları müəyyən edilib

Azərbaycan, Bakı, 20 iyul / Trend , muxbir C.Babayeva /

Azərbaycan Jurnalistlər Birliyi (AJB) 22 iyul - Milli Jurnalistika Günü münasibətilə 2009-cu il ücün "Həsən bəy Zərdabi" mükafatının laureatlarını müəyyən edib.

AJB-nin sədri Elçin Şıxlı bazar ertəsi Trend -a bildirib ki, Pərvanə Məmmədli (AMEA) "Cənubi Azərbaycan mətbuatı tarixi" kitabına, Elxan Kərimov ("Turan" informasiya agentliyi) foto-reportajlarına, Əli Əhmədov (İctimai TV) ölkə iqtisadiyyatına həsr olunmuş verilişlərinə, Vüqar Zeynalov ("Zerkalo" qəzeti) idmanla bağlı məqalə və şərhlərinə, Azər Qəribov ("Qərib Azər" Prodakşn) silsilə proqramlarına, Natiq Zərbəliyev (müstəqil jurnalist) Azərbaycanda avtomobil jurnalistikasının inkisafına, Nazim Məmmədov ("Konsilium" jurnalı) tibbi mövzuda yazılarına, Qəhrəman Qasımov ("Şəfəq" qəzeti) Quba bölgəsinin ictimai-sosial həyatını işıqlandıran məqalələrinə görə mükafatın laureatları elan ediliblər.

Həmçinin Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistikanın inkişafına göstərdiyi dəstək üçün bu ada layiq görülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti