...

Azərbaycan mətbuatı Cənubi Qafqazda lider mətbuatdır - hakim partiya

Cəmiyyət Materials 21 İyul 2009 12:18 (UTC +04:00)
Azərbaycan dövləti Cənubi Qafqazda lider dövlət olduğu kimi, mətbuatı da lider mətbuatdır,Trend News-un məlumatına görə, bunu çərşənbə günü Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı Mətbuat günü münasibətilə bir qrup KİV nümayəndəsi ilə görüşündə deyib.
Azərbaycan mətbuatı Cənubi Qafqazda lider mətbuatdır - hakim partiya

Azərbaycan, Bakı, 21 iyul / Trend , muxbir K. Zərbaliyeva /

Azərbaycan dövləti Cənubi Qafqazda lider dövlət olduğu kimi, mətbuatı da lider mətbuatdır, Trend -un məlumatına görə, bunu çərşənbə günü Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı Mətbuat günü münasibətilə bir qrup KİV nümayəndəsi ilə görüşündə deyib.

22 iyul Azərbaycan mətbuatının 134-cü ildönümüdür. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin rəhbərliyi ilə "Əkinçi" qəzeti nəşrə başlayıb.

Qurbanlı Azərbaycan mətbuatının böyük inkişaf yolu keçdiyini vurğulayaraq özünü təsdiq etdiyini bildirib.

"Əgər əvvəllər Azərbaycan mətbuatı xarici mətbuatdan sitatlar gətirirdisə, xarici mətbauta istinad edirdisə, indi dünya mətbuatı Azərbaycan mətbuatına istinad edir. Azərbaycan mətbautı özü inkişaf mərkəzinə çevrilib", - deyə Qurbanlı vurğulayıb.

YAP rəsmisinin sözlərinə görə, Azərbaycan jurnalistləri peşəkarlığına görə dünya ölkələrinin jurnalistlərindən geri qalmır. Qurbanlı Azərbaycan dövlətinin və hakimiyyətinin mətbuatın inkişafına daim kömək göstərdiyini vurğulayıb və bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.

Xəbər lenti

Xəbər lenti