...

Azərbaycan idmançısı Çexiyada akademik avarçəkmə üzrə gənclər arasında dünya birinciliyində iştirak edəcək

Cəmiyyət Materials 22 İyul 2009 14:48 (UTC +04:00)
Çexiyanın Raçitse şəhərində iyulun 23-də akademik avarçəkmə üzrə gənclər arasında (U-23) dünya birinciliyinə startı veriləcək. 68 ölkənin qatılacağı mötəbər yarışda Azərbaycanı Cavid Əfəndiyev təmsil edəcək. Bu barədə çərşənbə günü Trend News-a Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan, Bakı, 22  iyul  / Trend , muxbir A.Hüseynbala / 

Çexiyanın Raçitse şəhərində iyulun 23-də akademik avarçəkmə üzrə gənclər arasında (U-23) dünya birinciliyinə startı veriləcək. 68 ölkənin qatılacağı mötəbər yarışda Azərbaycanı Cavid Əfəndiyev təmsil edəcək. Bu barədə çərşənbə günü Trend -a Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

19 yaşlı avarçəkənimiz 1 nəfərlik yüngül çəkili qayıqda (BLM 1X) mübarizə aparacaq. Bu kateqoriyada 31 ölkə təmsilçiləri 2000 metrlik məsafəyə yarışacaqlar. Onlar sabah saat 13:18-dən etibarən seçmə mərhələyə qatılacaqlar. Bundan sonra təsəlliverici, ¼ final, yarımfinal və final yürüşləri keçiriləcək. Dünya birinciliyinə iyulun 26-da yekun vurulacaq. 

Əfəndiyev mötəbər yarışa ciddi hazırlaşıb. O, 6-7 iyunda Rusiyanın paytaxtı Moskavada "Böyük Moskva reqatası"nda və 27-28 iyunda Litvanın Trakay şəhərində "Amber Oars" reqatasında qızıl medal qazanıb. Bundan sonra Almaniyanın paytaxtı Berlində təlim-məşq toplantısı keçən Əfəndiyev oradan birbaşa Çexiyaya yollanıb.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti