...

Azərbaycanda bir qrup kütləvi informasiya vasitələrinə malliyyə yardımı ayrılıb

Cəmiyyət Materials 22 İyul 2009 19:30 (UTC +04:00)
Milli Mətbuat Günü münasibətilə Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu bir qrup informasiya agentliklərinə (İA) və qəzetlərə 10 min manat məbləğində birdəfəlik yardım ayırıb.
Azərbaycanda bir qrup kütləvi informasiya vasitələrinə malliyyə yardımı ayrılıb

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Milli Mətbuat Günü münasibətilə Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu bir qrup informasiya agentliklərinə (İA) və qəzetlərə 10 min manat məbləğində birdəfəlik yardım ayırıb.

Fondun qərarı ilə həmin yardımı alan KİV-lər arasında "TREND", "ASSA İrada", "Azadinform", "APA", "Azər-Press", "Səs", "Olaylar" və "Turan" informasiya agentlikləri, "Ayna-Zerkalo", "Azad Azərbaycan", "Azadlıq", "Azərbaycan", "Azerbaydjanskie izvestiya", "Bakinski raboçi", "Bakı xəbər", "525-ci qəzet", "Bizim yol", "Exo", "Ekspress", "Ədalət", "Həftə içi", "Xalq Cəbhəsi", "Xalq", "İki sahil", "Kaspi", "Kaspiy", "Mərkəz", "Mövqe", "Novoe vremya", "Olaylar", "Palitra", "Paritet", "Paralel", "Respublika", "Səs", "Şərq", "Üç nöqtə", "Yeni Azərbaycan" və "Yeni Müsavat" qəzetləri yer alır.

Trеnd Nеws-un аrаyışı: İyulun 22-də Azərbaycan Milli Mətbuatının 134-cü ildönümü qeyd olunur.

Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən çoх tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti