Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir H.Bağırov /
Azərbaycan məhkəməsi ötən il Bakıda bir ailənin iki üzvünü qətlə yetirən şəxsi ömürlük azadlıqdan məhrum edib.
Trend -a cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən verilən məlumata görə, ötən il noyabrın 25-də axşam Bakının Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsi, Çöllük küçəsi 38 b ünvanında 39 yaşlı ana Nərminə Böyükağa qızı Quliyeva və onun oğlu, 16 yaşlı Elnur Elmir oğlu Quluzadəni amansızlıqla qətlə yetirən Elşən Muradov ömürlük həbs cəzasına məhkum olunub.
Ananın üzərində 20, oğulun üzərində isə 10 bıçaq yarası müəyyən edilib.
Quluzadənin dostu, Laçın rayon sakini 23 yaşlı Muradov izi azdırmaq üçün özünə də ağır bədən xəsarəti yetirib.
Muradov Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.4, 120.2.6 və 120.2.10-cu) maddələri ilə ittiham olunub.
Məqalə muəllifi ilə əlaqə unvanı: [email protected]