...

Azərbaycanda dövlət qeydiyyatında olan narkotik istifadəçilərin sayı real vəziyyəti əks etdirmir - Baş nazirin müavini

Cəmiyyət Materials 28 İyul 2009 12:21 (UTC +04:00)
"Azərbaycanda 23 254 narkotik istifadəçisi dövlət qeydiyyatındadır. Fikrimcə bu, real rəqəmi əks etdirmir", - Trend News-un məlumatına görə, bunu Nazirlər Kabinetinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov bildirib.
Azərbaycanda dövlət qeydiyyatında olan narkotik istifadəçilərin sayı real vəziyyəti əks etdirmir - Baş nazirin müavini

Azərbaycan, Bakı, 28 iyul  / Trend , muxbir C.Babayeva /

Azərbaycanda dövlət qeydiyyatında olan narkotik istifadəçilərin sayı real vəziyyəti əks etdirmir.

"Azərbaycanda 23 254 narkotik istifadəçisi dövlət qeydiyyatındadır. Fikrimcə bu, real rəqəmi əks etdirmir" Trend -un məlumatına görə, bunu Nazirlər Kabinetinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov bildirib.

Onun fikrincə, narkotik istifadəçiləri ilə bağlı real rəqəmi müəyyən etmək üçün ölkə üzrə monitorinq aparılmalıdır.

"Monitorinqin aparılmasına kömək etmək  üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) regional təşkilatına müraciət edilib. Narkotik istifadəçiləri ilə bağlı rəqəmi kiçiltməyə ehtiyyac yoxdur. Real rəqəm bilinsə, buna qarşı mübarizə aparmaq olar", - Həsənov əlavə edib.

Baş nazirin müavini deyib ki, dünyada mövcud olan narkotiklərin qanunsuz daşınması üzrə 113 marşrutun 37-si Azərbaycan ərazisindən keçir.

"Narkotiklər qanunsuz olaraq əsasən Əfqanıstan və İran ərazisindən Azərbaycana gətirilir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün Azərbaycan region və qonşu dövlətlərlə birgə əməkdaşlığı gücləndirib", - Həsənov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti