...

Azərbaycanın Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrinin rəhbərliyi intizam məsuliyyətinə cəlb olunub

Cəmiyyət Materials 29 İyul 2009 18:25 (UTC +04:00)
Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Nazim Ələkbərov bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə "Novruz bayramı münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin qərarı bütün tabe qurumlarda müəyyən olunmuş müddətdə və uğurla başa çatdırılıb.
Azərbaycanın Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrinin rəhbərliyi intizam məsuliyyətinə cəlb olunub

Azərbaycan, Bakı, 29 iyul / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 və 12 saylı cəzaçəkmə müəssisələrinin rəhbərliyi və bir sıra əməkdaşları xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verdiklərinə görə ciddi intizam məsuliyyətinə cəlb olunub. Trend -un məlumatına görə, bu barədə Penitensiar Xidmətin bu ilin birinci yarısındakı fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat şurasında bildirilib.

Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Nazim Ələkbərov bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə "Novruz bayramı münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin qərarı bütün tabe qurumlarda müəyyən olunmuş müddətdə və uğurla başa çatdırılıb.

Ələkbərov bildirib ki, bu ilin aprel ayının 13-22-də əhalinin növbəti siyahıya alınması tədbiri çərçivəsində məhkumların siyahıya alınması tədbiri keçirilib və müvafiq sənədlər müəyyən olunmuş vaxtda Dövlət Statistika Komitəsinə təqdim olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti