...

Azərbaycanın Ombudsman Aparatının əməkdaşları həbsdə olan qəzet redaktoru ilə görüşüblər

Cəmiyyət Materials 30 İyul 2009 16:10 (UTC +04:00)
Azərbaycanın Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan "Tolişi sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədovun vəziyyəti ilə maraqlanıblar.

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan "Tolişi sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədovun vəziyyəti ilə maraqlanıblar.

"Məmmədov səhhətinin yaxşı olmadığını, iyul ayının 28-də müalicə müəssisəsinə yerləşdirildiyini deyib", - cümə axşamı Trend -a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd edilir ki, Məmmədov Ombudsman Aparatının əməkdaşlarına müalicə müəssisəsinə yerləşdirilməsinə baxmayaraq, ona lazımi tibbi yardımın göstərilmədiyindən və buradakı şəraitdən narazılıq edib. "Məmmədovun iştirakı ilə müəssisənin baş həkimi və rəhbərliyi arasında söhbət aparılıb, məhkumun qaldırdığı məsələlərin tezliklə həll edilməsi üçün onlara müvafiq tapşırıq verilib", - məlumatda vurğulanır.

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun sabiq bölmə müdiri, "Tolişi sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədov və qəzetin məsul katibi Elman Quliyev 2007-ci il fevralın əvvəlində həbs olunublar.

Cinayət Məcəlləsinin dövlətə xəyanət (274) və milli, irqi, dini düşmənçiliyi yayma (283-cü) maddələri ilə ittiham olunan Məmmədov 10 il, Quliyev isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti