...

Heydər Əliyev Fondu qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin edəcək

Cəmiyyət Materials 10 Sentyabr 2009 18:15 (UTC +04:00)
10 mindən çox birinci sinif şagirdlərinə təqdim olunacaq çantalara 15 adda fənn dəftərləri, üç adda albom, rəngli karandaşlar, plastilin, boya, qayçı, qələm və s. qoyulacaq.
Heydər Əliyev Fondu qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin edəcək

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir C.Babayeva /

Heydər Əliyev Fondu qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin edəcək.

10 mindən çox birinci sinif şagirdlərinə təqdim olunacaq çantalara 15 adda fənn dəftərləri, üç adda albom, rəngli karandaşlar, plastilin, boya, qayçı, qələm və s. qoyulacaq.

Yeni dərs ilinin əvvəlində Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində məktəblilərə çanta və dərs ləvazimatlarının paylanması ənənəyə çevrilib. Fond 2004-cü ildən təhsilə dəstək missiyasını davam etdirir. Bu aksiyalar çərçivəsində bu günədək 200 mindən çox birinci sinif şagirdi dərs vəsaiti ilə təmin edilib.

Prezidenti ölkənin birinci xanımı olan Heydər Əliyev Fondu 10 may 2004-cü ildə yaradılıb. Fondun məqsədi ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekologiya sahələrində layihələrin həyata keçirilməsi, dini tolerantlığın bərpasına yardım, vətəndaş cəmiyyətinin qurulması, inteqrasiya prosesində və qloballaşmada milli-mənəvi dəyərlərin qorunub saxlanılmasıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti